Azərbaycan 30 may-1 iyun tarixlərində Rusiya Federasiyasının Həştərxan şəhərinə ixrac missiyası göndərməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
«İxrac missiyasının tərkibinə qida, sənaye məhsullarının, eləcə də tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri daxil olacaq», - deyə məlumatda qeyd olunur.
İxrac missiyasında iştirak etmək istəyən şirkətlər təkliflərini mayın 21-dək təqdim edə bilər.
Azərbaycan qeyri-neft məhsullarının təşviqi məqsədilə 2018-ci ildə xaricə 25 ixrac missiyası göndərməyi planlaşdırır.*
B.Rüstəmbəyov