Azərbaycanın çşimal bölgəsində dağlarda həlak olan 3 idmançı-alpinistin meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsindəekspertizadan keçirilib.
Xəbər verildiyi kimi, 26 dekabr 2017-ci il tarixində Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 23 dekabr 2017-ci il tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış “Gilavar” Hava və Ekstrim İdman Klubunun 3 üzvü geri qayıtmayıb, onlarla əlaqə kəsilib.
FHN-in peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da alpinistlərin meyitləri aşkar edilib.
“MeyitlərSəhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsindəekspertizadan keçirilib”, - “İnterfaks-Azərbaycan” agentliyinə Qərargahdan məlumat verilib.
İdmançıların meyitləri 2,8-2,9 min metr hündürlükdə aşkar olunub.
Meyitləri hava şəraitinin yaxşılaşması nəticəsində aşkar etmək mümkün olub. “Əlverişli hava şəraiti nəticəsində qarın qalınlığı 10-12 metrdən 4 metrədək azalıb. Onların təxmini olduqları yerio müəyyən edə bilmişik. 2 gün ərzində aparılan axtarışlar nəticəsində mayın 16-da qar uçqunu olan ərazidə aparılan qazıntılar nəticəsində cəsədlər çadırda tapılıb”, - Qərargahdan qeyd ediblər.
Dörd aydan artıq zamanın keçməsinə baxmayaraq, cəsədlər yaxşı vəziyyətdə qalıb.
Hər üç alpinistin cəsədi çadırda açkarlanıb. “Hər üç alpinist qar uçqunu altında qalan çadırda aşkar edilib. Görünür, onlar çadırda istirahət etdirkləri zaman uçquna düşüblər”, - Qərargahda hesab edirlər. **
F.İsazadə