2018-ci ilin I rübündə Azərbaycan 8 mln. 156,9 min ton neft ixrac edib ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisindən 2,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Hesabat dövründə Azərbaycandan ixrac olunan neftin ümumi dəyəri $3 mlrd. 816 mln. 660,6 min (artım 30,2%) təşkil edib”, - deyə məlumatda bildirilir.
2018-ci ilin yanvar-mart ayları ərzində ixrac edilmiş $2 mlrd. 685 mln. 933,8 min məbləğində neftin bəyan edilmiş həcmi 5 mln. 438 min ton təşkil edib.
2017-ci ildə Azərbaycan 32 mln. 845 min ton neft ixrac edib.*
N.Abbasova