Azərbaycan 2018-ci ilin I rübündə 2 mlrd. 664,6 mln. kubmetr təbii qaz ixrac edib ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisindən 7,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Hesabat dövründə Azərbaycandan ixrac edilmiş qazın ümumi dəyəri $386 mln. 85,9 min (artım 26,9%) təşkil edib”, - deyə məlumatda qeyd edilir.
Cari ilin yanvar-mart aylarında sadələşdirilmiş gömrük bəyannamələri üzrə rəsmiləşdirilmiş $168 mln. 372,7 min dəyərində 938,9 mln. kubmetr qaz ixrac edilib.
2017-ci ildə Azərbaycan 8 mlrd. 859,7 mln. kubmetr təbii qaz ixrac edib.
Hazırda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən qaz Rusiya, İran və Gürcüstana, eləcə də “Şahdəniz” konsorsiumu tərəfindən Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə Gürcüstana və Türkiyəyə ixrac edilir.*
N.Abbasova