Azərbaycan Mərkəzi Bankı ortanmüddətli dövrdə rəqəmsal ödəniş əməliyyatlarının inkişafına yönələn 3 layihənin reallaşdırılmasını planlaşdırır. Bunu Mərkəzi Bankın İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev deyib.
“AMB informasiya texnologiyaları üzrə qlobal tendensiyaları izləyir, onların ölkənin maliyyə-bank sistemində tətbiq imkanlarını qiymətləndirir”, - A.Quliyev bu gün Bakıda "Maliyyə Texnologiyalarında Yeni Trendlər: Blokçeyn, Kriptovalyutalar və Təhlükəsizlik mövzusunda" forumdabildirib.
Onun sözlərinə görə, AMB ortanmüddətli dövrdə Azərbaycanda bank sahəsində qabaqcıl texnologiyaların tətbiqi ilə bağlı 3 layihənin reallaşdırılmasını planlaşdırır.
Birinci layihə - “Nağdsız Azərbaycan” adlanır. “Biz layihənin konsepsiyasını hazırlamışıq və hazırda dövlət strukturları ilə ekspertiza mərhələsindədir. Bu layihə innovativ ödəniş sisteminin tətbiqini nəzərdə tutur”, - A.Quliyev qeyd edib.
İkinci layihə - ani ödəniş sisteminin yaradılmasıdır. Bu sistemin yaradılması 5-10 saniyə ərzində ödənişləri həyata keçirmək mümkün olacaq.
Üçüncü layihə - blokçhain texnologiyası əsasında rəqəmsal identifikasiya sisteminin yaradılmasıdır. “Hazırda bu layihə üzrə tender proseduru keçirilir. 2018-ci ilin sonunda bu sistemin ilkin təqdimatını keçiməyi nəzərdə tuturuq”, - A.Quliyev əlavə edib.
Xəbər verildiyi kimi, AMB 18 ay ərzində blokçhain texnologiyası əsasında rəqəmsal identifikasiya sisteminin yaradılmasına ümid edir.
“Ani ödəniş” sistemi hüquqi və fiziki şəxslərə 24/7/365 rejimində əməliyyatlar həyata keçirməyə imkan yaradacaq. **
A.Əzizov