2018-ci ilin yanvar-aprel aylarında Azərbaycanda neft məhsullarının istehsalı ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 0,3% - 979,2 mln. manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Cari ilin yanvar-aprel aylarında avtomobil benzini istehsalı 0,1% - 414,4 min tonadək, birbaşa qovulan benzin istehsalı 6,8% - 73,5 min ton, dizel yanacağı istehsalında 6,8% - 667,8 min ton, sürtkü yağı istehsalı 91,8% – 14 min ton, neft bitumunun istehsalında 2,1 dəfə - 85,1 min ton, neft koksu istehsalı 45,9% - 88,1 min tonadək artıb.
Hesabat dövründə kerosin istehsalı 4,1% - 191,6 min tonadək, soba mazutu istehsalı 89,8% - 23,5 min tonadək azalıb.
Hazırda Azərbaycanda yalnız Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir. **
N.Abbasova