2016-2018-ci illərdə SOCAR istiqrazları ilə əməliyyatların həcmi $150 mln.-u ötüb. Bu barədə “SOCAR Capital” şirkətindən məlumat verilir.
“Yüksək gəlirliliyi və etibarlılığına görə SOCAR istiqrazları investorların böyük marağına səbəb olub. Nəticədə, indiyədək Bakı Fond Birjasında istiqrazlarla əməliyyatların həcmi təkrar bazarda 150 mln.dolları ötüb”, - məlumatda deyilir.
Həmçinin qeyd olunur ki, indiyədək SOCAR istiqrazları üzrə 6 dəfə faiz ödənişi edilib və istiqraz sahibləri 7,5 mln. dollar gəlir götürüblər. 2018-ci il üzrə növbəti faiz ödənişləri 17 iyul və 17 oktyabr tarixlərində həyata keçiriləcək.
“SOCAR istiqrazlarına tələbatın belə böyük olmasının digər səbəbi istiqrazlar üçün SOCAR-ın geri alma zəmanətidir. Belə ki, istiqrazların qiyməti heç vaxt 1 min dollardan aşağı düşmür və onları istənilən vaxt nağd pula çevirmək mümkündür”, - məlumatda vurğulanır. **
N.Abbasova