Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ – “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun (AÇG) işlənməsi üzrə operator) 2018-ci ilin birinci rübündə SOCAR-a blokdan hasil olunan 525 mln. kubmetr səmt qazı verib. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə şirkətin mətbuat xidmətindən məlumat verilib.
Xəbər verildiyi kimi, 2017-ci ilin yanvar-mart ayıarında ABƏŞ SOCAR-a 1,1 mlrd. kubmetr səmt qazı verib. Beləliklə, 2018-ci ilin birinci rübündə tədarükün həcmi 2,1 dəfə azalıb.
“Birinci rüb ərzində biz SOCAR-a sutkada təxminən 5,8 mln. kubmetr səmt qazı tədarük etmişik”, - ABƏŞ-dən vurğulanıb.
Xəbər verildiyi kiimi, ötən il ABƏŞ SOCAR-a 2,9 mlrd. kubmetr səmt qazı tədarük edib.
AÇG blokundan səmt qazı SOCAR-a ödənişsiz verilir. **
N.Abbasova