Prezident İlham Əliyev Rusiyanın Altay diyarının qubernatoru Aleksandr Karlini Azərbaycana səfərə dəvət edib.
İ.Əliyev Bakıda keçirilən "CaspianAgro-2018" Azərbaycan Beynəlxalq "Kənd təsərrüfatı" sərgisi ilə tanış olarkən Altay diyarının stendini ziyarət edib. Bu barədə diyarın administrasiyası məlumat verir.
Regionun nümyəndə heyətinin rəhbəri - Altay diyarının baş nazirinin müavini Viktor Meşeryakov dövlət başçısı üçün ekskursiya təşkil edib.
“Altay diyarının qubernatoru A.Karlinin tapşırığına əsasən, V.Meşeryakov dövlət başçısına xatirə suvenirləri təqdim edib. Prezident minnətdarlığını bildirərək qubernatoru diyarın nümayəndə heyəti ilə Azərbaycana rəsmi səfərə dəvət edib”, - məlumatda deyilir. **
F.İsazadə