Dövlət Təhlükəsizliyi Xidməti (DTX) vəDövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilmiş birgə əməliyyat tədbirləri nəticəsində Azərbaycana keçirilən, qanunsuz və saxta spirtli içki istehsalı üçün nəzərdə tutulan təxminən 500 min ədəd saxta aksiz markası aşkar edilərək götürülüb.
“DTX vəDGK tərəfindən həyata keçirilmiş birgə əməliyyat tədbirləri nəticəsində Azərbaycan-Gürcüstan sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilən, qanunsuz və saxta spirtli içki istehsalı üçün nəzərdə tutulan təxminən 500 min ədəd saxta aksiz markası aşkar edilərək götürülüb”, - DTX-nin məlumatında deyilir.
Qeyd olunur ki, araşdırmalar zamanı saxta aksiz markalarını sifariş verib gizli surətdə çatdırılmasını təşkil edən, ölkədə saxta aksiz markalarının qanunsuz dövriyyəsi ilə məşğul olan Azərbaycan vətəndaşları İntiqam Mehdiyev və Ruslan Nəcəfov müəyyən edilərək cinayət məsuliyyətinə cəlb ediliblər.
Başlanılmış cinayət işi üzrə araşdırmalar davam edir. **
F.İsazadə