2018-ci ilin yanvar-aprel aylarında Azərbaycanda istismara verilən mənzillərin ümumi sahəsi 518,9 min kvadratmetr təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-aprel aylarında mənzil tikintisinə investisiya qoyuluşları 237,8 mln. manat (artım 4,7%) məbləğində olub.
Xəbər verildiyi kimi, 2017-ci ildə Azərbaycanda istismara verilən mənzillərin ümumi sahəsi 1 mln. 727,4 min kvadratmetr təşkil edib ki, bu da 2016-cı ilin göstəricisindən 18,6% azdır.
Ötən il mənzil tikintisinə 891 mln. manat (artım 21,7%) məbləğində investisiya qoyulub.*
B.Rüstəmbəyov