“SOCAR Ukraine” şirkəti (SOCAR-ın Ukraynadakı törəməsi) Ukrayna Ehtiyat Agentliyinə 3,7 min ton reaktiv yanacaq tədarük edəcək. Bu barədə Ukrayna mətbuatı məlumat verir.
“SOCAR Ukraine” Ukrayna Ehtiyat Agentliyinin 3,7 min ton reaktiv yanacaq tədarükü ilə bağlı elan etdiyi tenderin qalibi olub. Şirkət Dövlət Agentliyi üçün 1 ton Kremençuq Neft Emalı Zavodunun aviayanacaq məhsulunu 26,9 min qrivnaya təklif edib. Məhsulun tədarükü sentyabrın 1-dək həyata keçirilməlidir”, - məlumatda deyilir.
Öncə "Торговый дом "Сокар Украина" MMC Ukrayna Müdafiə Nazirliyi üçün reaktiv yanacağının tədarükçüsü olub. Şirkətlə Müdafiə Nazirliyinə reaktiv mühərriklər üçün 2,9 min ton və 6,1 min ton yanacaq tədarükünə dair iki müqavilə imzalanıb.
“SOCAR Ukraine” Ukraynada YDM şəbəkəsinə malikdir və 60 stansiyanı idarə edir.
SOCAR 2008-ci ildə Ukraynada fəaliyyətə başlayıb. **
N.Abbasova