29-30 may tarixlərində Bakıda Azərbaycanla Avropa İttifaqı arasında siyasi əsasları müəyyən edən strateji tərəfdaşlığa dair yeni saziş üzrə danışıqların növbəti raundu keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Aİ-nin Bakı nümayəndəliyindən məlumat verilib.
“29-30 may tarixlərində Bakıda Azərbaycan ilə Avropa İttifaqı arasında strateji tərəfdaşlığa dair yeni saziş üzrə danışıqların növbəti raundu keçiriləcək”, - agentliyin həmsöhbəti bildirib.
14 noyabr 2016-cı il tarixində Avropa İttifaqı Şurası Avropa Komissiyası və Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəliyə Aİ və onun üzv dövləti adından Azərbaycanla hərtərəfli saziş məsələsi üzrə danışıqlar aparmağa mandat verib. Yeni saziş 1996-cı il tarixli tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişi əvəz edəcək.
7 fevral 2017-ci il tarixində yeni sazişə dair danışıqlara start verilib.
Tərəflərin qiymətləndirmələrinə görə, danışıqlar 2018-ci ildə başa çata bilər. **
F.İsazadə