Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin sayı 17-ə çatıb. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev Niderland Krallığı Senatının sabiq sədri, Niderland-Azərbaycan Dostluq Qrupunun rəhbəri Rene Van der Linden ilə görüşdə bildirib.
Nazir qeyd edib ki, sənaye parkında həyata keçiriləcək layihələrin investisiya dəyəri 3 mlrd. dollar təşkil edir.
“Parkın rezidentlərinin bir hissəsi artıq fəaliyyət göstərir, digərləri isə bu 2018-2019-cu illərdə fəaliyyətə başlayacaq”, - Ş.Mustafayev vurğulayıb. **
B.Rüstəmbəyov