2018-ci ilin yanvar-aprel aylarında Azərbaycanda tikinti materiallarının istehsal həcmi 162,5 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 37,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə respublikada 947 min tonadək sement (artım 27,3%), 372,5 min tonadək hazır beton qarışığı (artım 2,1 dəfə), 77,7 min kubmetrədək tikinti kərpici (artım 3%), 5 min 470 tonadək işlənmiş mərmər, əhəng daşı, alebastr və onlardan hazırlanmış məmulatlar (artım 2 dəfə), 9,3 min tonadək tikinti əhəngi (25,9 (artım 41,7%) istehsal olunub.
Bu ilin yanvar-aprel aylarında tikinti gipsi istehsalında 87,2% - 4,5 min tonadək, beton konstruksiya istehsalında 69,8% - 49,8 min kubmetrədək, sement, süni daş və betondan tikinti blokları və kərpic istehsalında 30,3% - 25,3 min tonadək, asfalt istehsalında 21,1% - 35,8 min tonadək azalma qeydə alınıb.**
B.Rüstəmbəyov