2018-ci ilin yanvar-mart aylarında Azərbaycana 79,369 min ton mineral gübrə idxal edilib ki, bu da 2017-ci ilin analoji dövrünün göstəricisindən 2,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Birinci rübdə ölkəyə idxal olunan mineral gübrələrin ümumi dəyəri $21 mln. 930,8 min (artım 2,4 dəfə) təşkil edib”, - məlumatda bildirilir.
Bundan başqa, yanvar-mart aylarında Azərbaycana $2 mln. 724,9 min dəyərində (artım 3,4 dəfə) 12 min 307,9 ton sement və klinker (artım 2,8 dəfə) idxal edilib.
Hesabat dövründə respublikaya $10 mln. 192,6 min dəyərində (artım 86,5%) 7 min 612,3 ton (artım 59,4%) polietilen idxal edilib.
2018-ci ilin yanvar-mart aylarında Azərbaycana $48 mln. 549,2 min dəyərində 70 min ton metalyayma məhsulu (azalma 2,3%), $14 mln. 662 min dəyərində 24,266 min ton qara metaldan hazırlanan çubuqlar (artım 63,6%), $6 mln. 504,4 min dəyərində 7 min 187,4 ton qara metaldan hazırlanan günyə (azalma 6,1%), $92 mln. 786,7 min dəyərində 44,796 min ton qara metaldan hazırlanan boru (artım 2,2 dəfə) idxal edilib.**
B.Rüstəmbəyov