2018-ci ilin birinci rübündə Azərbaycanın daxili bazarında neft məhsullarının istehlak həcmi 831,3 min ton təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Xəbər verildiyi kimi, 2017-ci ilin birinci rübündə Azərbaycanda neft məhsullarının istehlak həcmi 1 mln. 40,8 min ton təşkil edib. Beləliklə, 2018-ci ilin yanvar-mart aylarında bu göstərici 20,2% azalıb.
2018-ci ilin birinci rübündə ölkədə ötən ilin analoji dövrü ilə müqayisədə avtomobil benzini istehlakı 1,4% - 288,8 min tonadək, maye qaz istehlakı 16,1% - 32,5 min tonadək azalıb.
Hesabat dövrü ərzində dizel yanacağı 323 min tonadək (17,7%), birbaşa qovulan benzin 53,3 min tonadək (0,8%), təyyarə yanacağı 81,3 min tonadək (12,8%), neft bitumu 35,8 min tonadək (2 dəfə), sürtkü yağları 16,6 min tonadək (1,9 dəfə) istehlakında artım müşahidə olunub.
**
N.Abbasova