1 aprel 2018-ci il tarixində Azərbaycanda əmtəə qazının ehtiyatları 7,7 mlrd. kubmetr təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilir.
“Əmtəə qazının ehtiyatlarının qeyd olunan həcminin 57,8%-i hasilat, 29,7%-i - ötən ildən qalıq qaz ehtiyatları (yeraltı qaz anbarlarında olan - İF-Az), 12,5%-i idxal hesabına formalaşır”, - statistik materiallarda qeyd olunur. **
N.Abbasova