Qida Təhlükəsizliyi Agentliyi qida sahəsində sahibkarlıq subyektləri arasında monitorinqlər və audit tədbirləri həyata keçirəcək. Bu barədə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli məlumat verib.
“Yoxlamalar qida zəncirinin bütün mərhələlərində istifadəyə verilən sahibkarlıq subyektləri arasında auditorlar və QTA-nın yoxlamalar və dövlət nəzarəti şöbəsinin ekspertləri tərəfindən aparılacaq”, - Q.Təhməzli bu gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, yoxlamaların məqsədi istehsal olunan məhsulların beynəlxalq norma və qaydalara uyğunluğunun monitorinqidir.
“Agentliyin məqsədi sahibkarlıq subyektlərinə müvafiq yardımın göstərilməsidir ki, onlar beynəlxalq standartara uyğun mallar istehsal edə bilsinlər”, - o vurğulayıb.
Q.Təhməzlinin sözlərinə görə, audit və yoxlamaların digər məqsədi Azərbaycan əhalisinin sağlamlığnın təmin olunmasıdır. **
F.İsazadə