Azərbaycan şirkətləri Rusiyanın Altay diyarına 18 min ton meyvə-tərəvəz tədarük edəcək. Bu barədə diyarın rəsmi saytında məlumat verilir.
“Aniks” ticarət şirkəti və azərbaycanlı tədarükçülər arasında müvafiq razılaşma Bakıda əldə olunub.
Bundan başqa, Altay diyarının nümayəndə heyətinin rəhbəri, hökumət sədrinin müavini Viktor Meşeryakov ilə Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin görüşündə Altay diyarında fəaliyyət göstərən maşınqayırma müəssisələrinin məhsullarının Azərbaycanda təşviq edilməsinə dair razılaşma əldə olunub.
"2018-ci il iyunun əvvəlində “Almaz” və “SiSort” şirkətlərinin nümayəndələri Azərbaycana gələcəklər. Məqsəd onların məhsullarının bilavasitə sifarişçiləri ilə tədarükün təşkili məsələlərini müzakirə etməkdən ibarətdir”, - deyə məlumatda qeyd olunur.
“Tədarükün təşkilinə “Aqrolizinq” ASC tərəfindən köməklik göstəriləcək.
“Almaz” şirkəti Azərbaycana torpaq emalı texnikası, “SiSort” şirkəti isə fotoseparatorlar tədarük etməyə hazırdır.*
B.Rüstəmbəyov