Azərbaycan Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri ilə üzrə idarəsinin rəisi Aleksey Pavlovskinin Dağlıq Qarabağda qondarma rejimin nümayəndələri ilə görüşü ilə əlaqədar Rusiyaya etirazını bildirəcək.
“Azərbaycanın etirazı və ciddi narahatlığı Rusiya XIN-ə diplomatik kanallarla çatdırılacaq”, - Azərbaycan XIN-in mətbuat katibi Hikmət Hacıyevin bəyanatında deyilıir.
Onun sözlərinə görə, rəsmi Bakı bu cür görüşü “regionda sülhə və təhlükəsizliyə ciddi zərbə” kimi qiymətləndirir.
“Bu heç bir halda regionda davamlı sülh və təhlükəsizliyin təmin olunması üçün etimadın qurulmasına xidmət edən addım deyil. Əksinə regionda ağır olan vəziyyətin daha da gərginləşməsinə xidmət edir”, - H.Hacıyev bildirib.
Dünən tanınmayan Abxaziyanın “rəhbəri” Raul Xadjimba A.Pavlovski, habelə qondarma “DQR”, Dnestryanı və Cənubi Osetiya respublikalarının nümayəndələrini qəbul edib. **
F.İsazadə