Riqada Azərbaycan Ticarət Evi bu ilin iyun ayının əvvəlində açılacaq. Bu barədə Latviyanın Bakıdakı səfiri Yuris Maklakovs məlumat verib.
“Riqada Azərbaycan Ticarət Evinin iyun ayının əvvəlində açılması gözlənilir”, - deyə o, “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Səfirin sözlərinə görə, bununla əlaqədar müxtəlif dövlət və özəl strukturların nümayəndələrindən ibarət Azərbaycan nümayəndə heyəti Latviyaya səfər edəcək.*
F.İsazadə