"Muğanbank" ASC 2017-ci ildə ipoteka portfelinin həcminə görə İpoteka və Kredit-Zəmanət Fondunun (İKZF) agent bankları arasında liderliyini qoruyub saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
2017-ci ilin sonuna “Muğanabank” 2,137 min ipoteka kreditinə xidmət göstərir, bu kreditlər üzrə qalıq dəyər 72 mln. 349,976 min manat (2016-cı ilin sonuna 66 mln. 612,792 min manat məbləğində 1,941 min kredit) təşkil edir.
İpoteka portfelinin həcminə görə ikinci yerdə 66 mln. 825,467 min manatla (1,932 min kredit) “Bank BTB”, üçüncü yerdə 54 mln. 980,534 min manatla (1,562 min kredit) “AGBank” gəlir.
Fondun agent banklarının beşliyinə “Xalq Bank” (50 mln. 62,005 min manat məbləğində 1,405 min kredit) və “NBC Bank” (49 mln. 470,281 min manat məbləğində 1,386 min kredit) da daxildir.
Ötən ilin sonuna 16,486 min ipoteka krediti üzrə qalıq dəyər 602 mln. 584,325 min manat (2016-cı ilin sonuna 530 mln. 926,982 min manat dəyərində 15,294 min kredit) təşkil edir.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb. İKZF-nin nizamnamə kapitalı 466 mln. manata bərabərdir.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.*
A.Əzizov