2018-ci ilin I rübündə “Bakı Metropoliteni” QSC-nin sərnişindaşıma xidmətlərinin göstərilməsindən gəlirləri 10 mln. 962,2 min manat təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisindən 0,5% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
"Cari ilin I rübündə metropolitenin xidmətlərindən 56 mln. 440,3 min sərnişin (artım 1,9%) istifadə edib. Bu dövrdə Bakı Metropoliteni tərəfindən 10 mln. 962,2 min manat dəyərində xidmət göstərilib. 2017-ci ilin yanvar-mart aylarında bu göstərici 11 mln. 16,9 min manat təşkil edib", - deyə məlumatda bildirilir.
2018-ci ilin yanvar-mart aylarında nəqliyyat və anbar təsərrüfatı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 1 mlrd. 718,9 mln. manat məbləğində xidmət göstərilib.
Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropoliten 2 xətt və 23 stansiyadan ibarətdir.*
N.Abbasova