Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin döyüş və mənəvi-psixoloji hazırlıq işinin daim gücləndirilməsini tapşırıb.
Zakir Həsənov birlik, birləşmə, hərbi hissə komandirləri və xüsusi təyinatlı hərbi təhsil müəssisələri rəislərinin şəxsi heyətlə iş üzrə müavinlərinin iştirakı ilə “Müasir döyüşün mənəvi-psixoloji təminatının aktual problemləri” mövzusunda seminarda iştirak edib.
“Müdafiə naziri döyüş və mənəvi-psixoloji hazırlıq işinin daim gücləndirilməsi, təhlükəsizlik qaydalarına əməl olunması və sayıqlığın artırılmasını tapşırıb”, - nazirliyin məlumatında deyilir.
O bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin məqsədyönlü daxili və xarici siyasəti Ermənistanı bütün regional və beynəlxalq iqtisadi layihələrdən təcrid edərək xarici yardımlardan asılı vəziyyətə salıb. **
F.İsazadə