Azərbaycan prezidenti İlham Əliyev Avtomobil Yolları Dövlət Agentliyinə Bərdə şəhərində yeni körpü tikilməsinə dövlət büdcəsindən 3 mln. manatın ayrılmasını tapşırıb.
Sərəncama əsasən, körpü Bərdə şəhəri ərazisində Tərtər çayı üzərində qəzalı vəziyyətə düşmüş körpünün yerində tikiləcək.
Bu vəsait “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndən ayrılacaq. **
F.İsazadə