2018-ci ilin yanvar-aprel aylarında Azərbaycanda sığortaçıların ümumi sığorta haqları 301 mln. 419,3 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 55,2% çoxdur. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) məlumat verilib.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 220 mln. 860,6 min manat (artım 56,9% - İF) və ya bütün bazar üzrə sığorta haqlarının 73,3%-ni təşkil edib. Sığortaçıların həyat sığortası üzrə sığorta haqları 115 mln. 597,7 min manat (artım 2,1 dəfə), qeyri-həyat sığortası üzrə sığorta haqları 105 mln. 262,9 min manat (artım 21,8%) təşkil edib.
Yanvar-aprel aylarında icbari sığorta növləri üzrə sığorta haqları 80 mln. 558,7 min manat (artım 50,8%) təşkil edib.
Bu dovrdə sığortaçılar sığorta hadisələri üzrə ödənişlərə 78 mln. 498,1 min manat (artım 4,2%) yönəldiblər.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə ödənişləri 56 mln. 936,6 min manat (azalma 1,4%) və ya bazar üzrə bütün ödənişlərin 72,5%-ni təşkil edib. Həyat sığortası üzrə ödənişlər 30 mln. 813,4 min manat (azalma 18,1%), qeyri-həyat sığortası üzrə ödənişlər 26 mln. 123,2 min manat (artım 29,8%) məbləğində olub.
Yanvar-aprel aylarında icbari sığorta növləri üzrə ödənişlər 21 mln. 561,5 min manat (artım 22,7%) təşkil edib.
Mayın əvvəlinə Azərbaycanda 21 sığorta şirkəti fəaliyyət lisenziyasına malikdir. **
A.Əzizov