21-24 may tarixlərində Qazaxıstanın Astana şəhərində Xəzəryanı dövlətlərin Xüsusi İşçi Qrupu “Xəzər beşliyi”nin Dövlət Başçılarının Beşinci Zirvə Toplantısına aid məsələləri müzakirə edəcək. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilir.
“Xüsusi İşçi Qrupunun Azərbaycan tərəfindən rəhbəri xarici işlər nazirinin müavini Xələf Xələfovun başçılıq etdiyi nümayəndə heyəti Astana şəhərində səfərdədir. İclas zamanı Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsi müzakirə olunacaq”, - məlumatda deyilir.
Konvensiya layihəsi ilə bərabər xəzəryanı dövlətlərin Dövlət Başçılarının Beşinci Zirvə Toplantısına aid digər sənədlərin də müzakirəsi nəzərdə tutulur. **
F.İsazadə