Azərbaycan və Türkmənistan arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında saziş imzalanacaq.
“Hazırda iki ölkə arasında müzakirə mərhələsində olan sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Sazişin və digər iqtisadi sənədlərin imzalanması iqtisadi sahədə əlaqələrin daha da inkişafına öz töhfəsini verəcək”, - iqtisadiyyat naziri Şahin Mustafayev Türkmənistanın Bakıdakı səfiri Mekan İşanqulıyevlə görüşdə bildirib.
Ş.Mustafayev qeyd edib ki, Türkmənbaşı şəhərində Beynəlxalq Dəniz Limanının açılması nəqliyyat-tranzit sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı perspektivlər yaradır.
“Azərbaycanda yaradılmış əlverişli infrastruktur, Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt və Türkmənbaşı liman komplekslərinin istifadəyə verilməsi nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsinə böyük imkanlar yaradır”, - nazir vurğulayıb.
B.Rüstəmbəyov