Bu həftə Azərbaycan və Qazaxıstan Xarici İşlər nazirlikləri arasında ikitərəfli siyasi məsləhətləşmələr keçiriləcək. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
«Bu həftə Astanada Azərbaycan və Qazaxıstan Xarici İşlər nazirlikləri arasında ikitərəfli siyasi məsləhətləşmələrin keçirilməsi planlaşdırılır», - deyə məlumatda bildirilir.
Məsləhətləşmələrdə Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Xələf Xələfov iştirak edəcək.
Məlumata görə, məsləhətləşmələr Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupunun mayın 21-24-də Astana şəhərində keçiriləcək növbəti iclası çərçivəsində baş tutacaq.*
F.İsazadə