2018-ci ilin yanvar-aprel aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 619,9 mln nəfər sərnişin daşınıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 1,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 828,4 min nəfər (artım 3,2%), dəniz nəqliyyatı ilə 4,5 min nəfər (azalma 27,4%), hava nəqliyyatı ilə 648,8 min nəfər (artım 6,8%), metro vasitəsi ilə 77,8 mln. nəfər (artım 2,5%) daşınıb.
Bu ilin yanvar-aprel aylarında avtomobil nəqliyyatı vasitələri ilə 540,6 mln. sərnişin (artım 1,4%), avtobuslarla 519 mln. 776,1 min sərnişin (artım 1,4%), taksilərlə 20 mln. 815 min sərnişin (artım 2,5%) daşınıb.**
B.Rüstəmbəyov