Azərbaycanla Türkiyə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsinə dair razılıq əldə olunub. Bunu kənd təsərrüfatı naziri İnam Kərimovdeyib.
İ.KərimovAnkarada Türkiyənin qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Əhməd Əşrəf Fakıbaba ilə görüşüb.
“Aqrar sahə Azərbaycanda qeyri-neft sektorunun inkişafı baxımından mühüm sahələrdən biri kimi müəyyən edilib. Bu sahədə dünyada qabaqcıl ölkələrdən biri hesab edilən Türkiyə ilə əlaqələrin daha da genişləndirilməsi, qardaş ölkənin təcrübəsinin öyrənilməsi və tətbiq edilməsi Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir”, - nazirliyin məlumatında İ.Kərimovun sözlərindən sitat gətirilir.
O, iki ölkə arasında aqrar sahədə əməkdaşlığın inkişafı üçün böyük potensial imkanlar olduğunu, bitki, heyvandarlıq, taxılçılıq, toxumçuluq və digər sahələrdə əlaqələrin inkişafına hazır olduqlarını bildirib.
Qeyd olunur ki, görüşdə əməkdaşlıq üçün prioritet istiqamətlər müəyyən edilib, müvafiq fəaliyyət planının hazırlanması, birgə layihələrin həyata keçirilməsi, iki ölkənin mütəxəssisləri, özəl sektor nümayəndələri arasında təmasların intensivləşdirilməsinə dair razılıq əldə olunub. **
F.İsazadə