Serbiya prezidenti Aleksandr Vuçiç bazar ertəsi Azərbaycana rəsmi səfərə gəlib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə diplomatic mənbə məlumat verib.
“A.Vuçiç Azərbaycana iki günlük səfərə gəlib”, - agentliyin həmsöhbəti bildirib.
Onun sözlərinə görə, Serbiya prezidenti Bakıda bir sıra yüksək səviyyəli görüşlər keçirəcək, həmçinin Azərbaycan-Serbiya biznes forumun işində iştirak edəcək.
Səfər çərçivəsində Azərbaycanla Serbiya arasında əməkdaşlığın genişləndirilməsinə dair iki - aviasiya və avtomobil nəqliyyat sahələrində sazişin imzalanması gözlənilir. Bu sənədlər Belqrad ilə Bakı arasında birbaşa uçuşların təşkilinə xidmət edir. **
F.İsazadə