Azərbaycan və Serbiya prezidentləri İlham Əliyev və Aleksandr Vuçiç arasında təkbətək görüş olub. Bu barədə dövlət başçısının saytında məlumt verilir.
Serbiya prezidenti Aleksandr Vuçiç bazar ertəsi Azərbaycana rəsmi səfərə gəlib.Serbiya prezidenti Bakıda bir sıra yüksək səviyyəli görüşlər keçirəcək, həmçinin Azərbaycan-Serbiya biznes forumun işində iştirak edəcək.
Səfər çərçivəsində Azərbaycanla Serbiya arasında əməkdaşlığın genişləndirilməsinə dair iki - aviasiya və avtomobil nəqliyyat sahələrində sazişin imzalanması gözlənilir. Bu sənədlər Belqrad ilə Bakı arasında birbaşa uçuşların təşkilinə xidmət edir. **
F.İsazadə