2018-ci ilin oktyabr ayında SOCAR Turkiye Enerji şirkətinin İzmirdə inşa etdiyi “STAR” NEZ istifadəyə veriləcək. Bu barədə zavodun baş direktoru Mesut İlter məlumat verib.
““STAR” NEZ-in tikinti işlərinin 99,1%-i tamamlanıb. İndiyədək layihənin reallaşdırılmasına $5,2 mlrd. sərf olunub. Azərbaycandan xammal neftin ilk simvolik partiyası 2018-ci ilin iyun ayında tədarük olunacaq. Artıq buna dair razlıq əldə edilib. İyulun üçüncü həftəsində neft emalı üzrə qurğu istifadəyə veriləcək”, - Türkiyənin “Huriyyet” qəzeti M.İlterin sözlərindən sitat gətirir.
O bildirib ki, $6,3 mlrd. dəyərində “STAR” NEZ-in bilavasitə istifadəyə verilməsi cari ilin oktyabr ayında baş tutacaq.
Həmçinin M.İlter qeyd edib ki, zavodun fəaliyyəti dövründə lira/dollar valyutalarının məzənnələrində dəyişiklik onun tikintisi məqsədilə cəlb olunan kreditlər üzrə ödənişlərin müddətinin uzadılmasına səbəb ola bilər.
O məlumat verib ki, dünya bazarlarında neftin bir barelinin $100-dək artmasını gözləmir. “Düşünürəm ki, bir barel neftin qiyməti $60-75 səviyyəsində qalacaq, bu da həm “qara qızıl” istehsalçıları, həm də istehlakçıları üçün opimal həlldir”, - M.İlter vurğulayıb.
Xəbər verildiy kimi, 25 oktyabr 2011-ci il tarixində SOCAR Turkiye Enerji İzmirdə “STAR” NEZ-in təməlini qoyub. **
N.Abbasova