2018-ci ilin yanvar-aprel aylarında Azərbaycanın rabitə və poçt müəssisələrinin gəlirləri 2017-ci ilin analoji dövrü ilə müqayisədə 7,7% - 569,9 mln. manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Gəlirlərin strukturunda 80,9% özəl sektorda fəaliyyət göstərən müəssisələrin payına düşüb.
Xidmətlərin 71,8%-nin istifadəçiləri fiziki şəxslər olub və onlara 409,2 mln. manatlıq (artım 7,6% - İF-Az) xidmət göstərilib.
Bu dövrdə rabitə xidmətlərinin ümumi həcminin 49,9%-i və ya 281 mln. manat (artım 9,6% - İF-Az) ölkədə fəaliyyət göstərən 3 mobil rabitə operatoru – “Azercell Telecom”, “Bakcell” və “Azerfon” tərəfindən göstərilən mobil rabitə xidmətlərinin payına düşüb.**
N.Abbasova