2018-ci ilin I rübündə Azərbaycan $19 mln. 168,12 min məbləğində xurma ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Yanvar-mart aylarında Azərbaycan $19 mln. 168,12 min məbləğində xurma ixrac edib. 2017-ci ilin yanvar-mart ayları ərzində xurma ixrac olunmayıb”, - hökumətdən bildiriblər.
Bu məhsulun əsas ixrac həcmi Rusiyanın payına düşüb. Belə ki, 2018-ci ilin birinci rübündə Rusiyaya $18 mln. 621,55 min məbləğndə 22,468 min ton təzə xurma ixrac olunub. Ümumilikdə, 2018-ci ilin yanvar-mart ayları ərzində Azərbaycandan təzə xurma ixracının 95,3%-i Rusiyanın payına düşüb.
Xəbər verildiyi kimi, 2017-ci ildə Azərbaycan $90 mln. 891,06 min məbləğində 118,304 min ton təzə xurma ixrac edib. Bu məhsulun əsas ixrac həcmi Rusiyanın payına düşüb. Belə ki, ötən il Rusiyaya $84 mln. 899,94 min məbləğində 102,579 min ton xurma ixrac edilib. **
B.Rüstəmbəyov