Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Serbiya Respublikasının prezidenti Aleksandr Vuçiç bu gün Bakıda “Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı”nı imzalayıblar. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Bundan başqa, dövlət başçılarının iştirakı ilə bir sıra digər ikitərəfli sənədlər imzalanıb.
Xüsusilə “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Saziş imzalanıb.
Tərəflər, həmçinin “Səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında” və “Ədliyyə sahəsində əməkdaşlıq haqqında” Anlaşma memorandumları imzalayıblar.*
F.İsazadə