Azərbaycan hökuməti 2018-ci il dövlət büdcəsi parametrlərinə dəyişikliklər layihəsi hazırlayacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdəki mənbə məlumat verilir.
“Hazırda 2018-ci il dövlət büdcəsinə düzəlişlər layihəsi üzərində iş aparılır. İyunda sənəd baxılması üçün parlamentə təqdim olunacaq”, - mənbə bildirib.
Onun sözlərinə görə, təxminən iyunun 12-də düzəlişlər parlamentdə müzakirə olunacaq.
Xəbər verildiyi kimi, cari ilin yanvar-aprel ayları ərzində MaliyyəNazirliyin operativ məlumatlarına əsasən,dövlət büsdcəsinin gəlirləri 6 mlrd. 619,9 mln. manat (ötən ilin yanvar-aprel ayları ilə müqayisədə artım 31,8%), xərcləri 5 mlrd. 966 mln. manat (artım 10,7%) təşkil edib. Yanvar-aprel ayları ərzində dövlət büdcəsinin profisiti 653,9 mln. manat və ya cari ilə proqnozlaşdırılan ÜDM-in 0,9%-ni təşkil edib.
2018-ci ilə dövlət büdcəsinin gəlirləri 20 mlrd. 127 mln. manat, xərcləri 21 mlrd. 47 mln. manat səviyyəsində təsdiq olunub. Cari il üçün büdcənin kəsiri 920 mln. manat və ya ÜDM-in 1,3% səviyyəsində proqnozlaşdırılır. **
A.Əzizov