Bakıda “Elite” ticarət mərkəzinin yaxınlığında yerləşən kafedə baş vermiş partlayış nəticəsində iki nəfər həlak olub, iki nəfər isə yaralanıb. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin nümayəndəsi Səfayə Əhmədova məlumat verib.
"Hadisə yerində iki nəfərin cəsədi aşkarlanıb", - deyə o, “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
S.Əhmədovanın sözlərinə görə, daha iki nəfər ağır yanıq xəsarətləri alıb. Yaralılar Yanıq Mərkəzinə aparılıblar. Onların vəziyyəti ağırdır.
Hazırda partlayışın səbəbləri araşdırılır.*
F.İsazadə