2018-ci ilin I rübündə $33 mln. 907,7 min məbləğində 700 mln. 236,39 min kVt/saat elektrik enerjisi ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“2018-ci ilin birinci rübündə Azərbaycandan elektrik enerjisi ixracı 700 mln. 236,39 min kVt/saat təşkil edib. 2017-cı ilin yanvar-mart aylarında Azərbaycan $3 mln. 934,62 min məbləğində 86 mln. 547,83 min kVt/saat elektrik enerjisi ixrac edib. Beləliklə, 2018-ci ilin analoji dövründə Azərbaycandan elektrik enerjisi ixracının həcmi say ifadəsində 8,1 dəfə və dəyər ifadəsində 8,6 dəfə artıb”, - hökumətdən bildiriblər.
İxracın ümumi həcmində 24 mln. 725,87 min kVt/saat elektrik enerjisi Rusiya ($1 mln. 217,24 min), 258 mln. 956,44 min kVt/saat elektrik enerjisi Gürcüstan ($10 mln. 876,17 min), 410 mln. 404,08 min kVt/saat elektrik enerjisi Türkiyə ($21 mln. 639,54 min), 6 mln. 150 min kVt/saat elektrik enerjisi İranın ($174,75 min) payına düşüb.
2018-ci ilin yanvar-mart aylarında Azərbaycan $922,03 min dəyərində 22 mln. 786,08 min kVt/saat elektrik enerjisi idxal edib. 2017-ci ilin birinci rübündə Azərbaycan $1 mln. 85,77 min dəyərində 27 mln. 712,78 min kVt/saat elektrik enerjisi idxal edib. Beləliklə, 2018-ci ilin müvafiq dövründə say ifadəsində Azərbaycana elektrik enerjisi idxalı 17,8%, dəyər ifadəsində 15,1% azalıb.
Hökumətin məlumatına görə, 2018-ci ilin birinci rübündə Azərbaycan Rusiyadan 16 mln. 495,69 min kVt/saat elektrik enerjisi ($743,12 min), Gürcüstandan 5,39 min kVt/saat elektrik enerjisi ($0,32 min) və İrandan 6 mln. 285 min kVt/saat elektrik enerjisi ($178,59 min) idxal edib.
Xəbər verildiyi kimi, 2017-ci ildə Azərbaycandan elektrik enerjisi idxalı 1 mlrd. 160 mln. 196,03 min kVt/saat ($50 mln. 968,96 min), ixracı 108 mln. 421,76 min kVt/saat ($4 mln. 224,86 min) təşkil edib. **
N.Abbasova