Bakıda kafedə iki nəfərin ölümü ilə nəticələnən partlayış propan qaz balonunun partlaması nəticəsində baş verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
"Sahəsi 25 m2 olan kafedə (çayxana kimi fəaliyyət göstərib) propan qaz balonu partlayıb”, – deyə məlumatda bildirilir.
Yanğın yerinin kəşfiyyatı zamanı şəxsiyyəti məlum olmayan 2 nəfərin (qadın və kişi) yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.
Daha 2 nəfər (İbrahimov Natiq, 44 yaş; İbrahimova Şəkər, 53 yaş) isə xəsarət alıb.*
A.Əzizov