Azərbaycan və Serbiya beynəlxalq arenada ərazi bütövlüyünün təminatına yönələn addımları qarşılıqlı dəstəkləyir. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Azərbaycan və Serbiya beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəkləyir. Bütün önəmli məsələlərdə bir-birimizə dəstək göstəririk. Ölkələrimizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı ilə bağlı məsələlərdə bütün beynəlxalq təşkilatlarda bir-birimizi daim dəstəkləyirik. Üzləşdiyimiz münaqişələr beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkələrimizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır”, - İ.Əliyev Serbiya prezidenti Aleksandr Vuçiç ilə mətbuata bəyanatlarla çıxışında qeyd edib.
Onun sözlərinə görə, münaqişələr BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində öz həllini tapmalıdır.
“Bu məsələ ilə bağlı biz daim bir-birimizə qarşılıqlı dəstək göstəririk və bundan sonra da göstərəcəyik”, - İ.Əliyev bəyan edib. **
F.İsazadə