Serbiya prezidenti Aleksandr Vuçiçazərbaycanlı həmkarı İlham Əliyevi Belqrada rəsmi səfərə dəvət edib.
“Çox müsbət haldır ki, ölkələrimiz arasında heç bir mübahisəli məsələ yoxdur. Biz müxtəlif beynəlxalq təşkilatlarda bir-birimizi tam şəkildə dəstəkləyirik. Sizi Serbiyaya rəsmi səfərə dəvət edirəm”, - A.Vuçiç Azərbaycan prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatında bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Serbiya müxtəlif nəqliyyat layihələrinin icrasında fəal əməkdaşlıq edə bilər. “Bu yaxınlarda bizim hökumətlərarası komissiyanın iclası olacaq. Sonuncu iclas 2015-ci ildə olub. Düşünürəm ki, müxtəlif nəqliyyat layihələrinin icrasında fəal əməkdaşlıq edə bilərik. Azərbaycan şirkəti Serbiyada yol tikintisində uğurla fəaliyyət göstərir. Bununla yanaşı, müxtəlif kənd təsərrüfatı məhsullarının alqı-satqısı sahəsində, mədəniyyət, idman və digər sahələrdə daha böyük nailiyyətlər əldə edə bilərik”, - prezident qeyd edib.
A.Vuçiç əlavə edib ki, Belqrad ilə Bakı arasında hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlıq üçün böyük potensial var.**
B.Rüstəmbəyov