Azərbaycan nümayəndə heyəti Moskvada keçirilən “Beynəlxalq Ordu Oyunları - 2018” yarışlarının 3-cü planlaşdırma konfransında iştirak edir.
Müdafiə Nazirliyinin məlumatına görə, nümayəndə heyətinə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov rəhbərlik edir.
“Beynəlxalq Ordu Oyunları-2018” yarışları iyulun 29-dan avqustun 11-dək yeddi ölkənin - Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Çin, İran və Ermənistan ərazisində keçiriləcək. **
F.İsazadə