Prezident İlham Əliyev mayın 21-də opera müğənnisi Anna Netrebkonun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
A.Netrebko Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında musiqi sənəti sahəsində əməkdaşlığın möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə “Dostluq” ordeni ilə təltif edilib.
Bundan başqa, dövlət başçısı Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Yusif Eyvazova “Xalq artisti” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamların mətnləri dövlət başçısının saytında dərc olunub.*
F.İsazadə