Bakıda “Elite” ticarət mərkəzinin yaxınlığında yerləşən kafedə baş vermiş partlayış nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin nümayəndəsi Səfayə Əhmədova məlumat verib.
"Kafedə partlayış nəticəsində ağır yanıq xəsarətləri alan Natiq İbrahimov bu gecə xəstəxanada vəfat edib”, - deyə o, “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
S.Əhmədovanın sözlərinə görə, digər yaralı Şəkər İbrahimovanın vəziyyəti isə ağır olaraq qalır.
Qeyd edək ki, mayın 21-də ümumi sahəsi 25 m2 olan kafenin (çayxana kimi fəaliyyət göstərirdi) içərisində propan qaz balonu partlayıb. Yanğın yerinin kəşfiyyatı zamanı iki nəfərin cəsədi aşkar edilib. Daha 2 nəfər – 44 yaşlı Natiq İbrahimov və 53 yaşlı Şəkər İbrahimova isə yaralanıb.*
F.İsazadə