Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov xarici işlər nazirinin müavini təyin olunan Ramiz Həsənovu XİN-in kollektivinə təqdim edib.
“Xarici İşlər Nazirliyinin geniş tərkibli iclasında E.Məmmədyarov R.Həsənovu XİN-in kollektivinə təqdim edib. O, həmçinin prezident İlham Əliyev tərəfindən XİN-in qarşısında qoyulmuş vəzifə və tapşırıqları diqqətə çatdırıb”, - deyə nazirliyin mətbuat xidmətinin məlumatında bildirilir.
Daha əvvəl R.Həsənov Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri olub.*
F.İsazadə