“ATEF Şirkətlər Qrupu” Suraxanı rayonunda yüksəkgərginlikli avadanlıqlar zavodunun yaradılmasına 29,7 mln. manat vəsait yatırıb. Bunu iqtisadiyyat naziri Şahin Mustafayevdeyib.
Mayın 22-də Bakının Suraxanı rayonunda “ATEF Şirkətlər Qrupu”nun yüksəkgərginlikli avadanlıqlar zavodunun açılışı olub. Azərbaycan prezidenti İlham Əliyev açılışda iştirak edib.
“Ümumi investisiya dəyəri 29,7 mln. manat olan zavodun yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 mln. manat güzəştli kredit ayrılıb.Bundan başqa, müəssisəyə nazirlik tərəfindən investisiya təşviqi sənədi verilib ki, nəticədə 4,2 mln. manat vəsaitə qənaət olunaraq investisiya kimi layihənin icrasına yönəldilib”, - Ş.Mustafayev bildirib.
“Ümumi sahəsi 18 min kvadratmetr olan zavod 7 istehsal sahəsindən - bərk izolyasiya, kabel və mis anod istehsalı, əritmə və ekstruziya, mexaniki emal, yığma və sınaq sahələrindən ibarətdir”, - Ş.Mustafayev qeyd edib.
Onun sözlərinə görə, zavodda illik 5 min ədəd müxtəlif növ elektrotexniki avadanlıqlar, o cümlədən güc transformatorları üçün izolyasiya detalları, yüksəkgərginlikli vakuum və eleqaz tipli açarlar, ayırıcılar, torpaqlayıcılar, ölçü transformatorları, kabeller və transformator buraxılışında istifadə olunan digər hissələr istehsal olunacaq.
Məhsulların istehsalı üçün tələb olunan xammal və köməkçi detallar xaricdən idxal olunacaq.
Zavodda 310 yeni iş yeri açılıb.
Nazirin sözlərinə görə, həmçinin “ATEF Şirkətlər Qrupu”naümumi dəyəri 20 mln. manat olan iriqabaritli transformatorlar və elektrotexniki avadanlıqlar və metal-konstruksiyalar zavodlarının yaradılmasına 5 mln. manat güzəştli kredit ayrılıb. Həmin vəsait istifadə olunaraq tam geri qaytarılıb. **
N.Abbasova