“ATEF Şirkətlər Qrupu” 2018-ci ildə ümumilikdə $160 mln. dəyərində layihələr həyata keçirməyi planlaşdırır. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
““ATEF Şirkətlər Qrupu” 2018-ci ildə $160 mln., o cümlədən ölkə daxilində $5 mln. dəyərində, xarici ölkələrdə isə $155 mln. dəyərində layihələrin həyata keçirilməsini qarşıya məqsəd qoyub", - deyə o, bu gün Bakıda yüksəkgərginlikli avadanlıqlar zavodunun açılışında bildirib.
Nazirin sözlərinə görə, xarici ölkələrdə layihələrin həyata keçirilməsi zamanı şirkətin istehsal etdiyi $95 mln. dəyərində məhsulların ixracı nəzərdə tutulur. Hazırda şirkətlər qrupu xarici ölkələrdə nəzərdə tutulan bu layihələr üzrə dəyəri $100 mln.-dək olan tenderlərdə iştirak edir.
Ş.Mustafayev qeyd edib ki, 2013-cü ildə $5 mln. dəyərində məhsul ixrac olunduğu halda, 2017-ci ildə $27 mln. dəyərində məhsul ixrac edilib. Bu ilin ilk dörd ayında isə $16 mln. dəyərində məhsul ixrac olunub.*
N.Abbasova